Apple uşaqlara qarşı zorakılıq videolarının yayılmasında iştirakda ittiham olunub- ÖZƏL

ƏBöyük Britaniyanın Uşaqlara Qəddarlığın Qarşısının Alınması üzrə Milli Cəmiyyəti (NSPCC) Apple-ı uşaqlara qarşı cinsi zorakılığın təsvirləri və videolarını effektiv şəkildə izləməməkdə günahlandırır.

Olaylar.az xəbər verir ki, bu barədə "The Guardian" xəbər verir. 

Nəşr yazır ki, uşaqların müdafiəsi ilə bağlı xeyriyyə təşkilatı Apple-ın İngiltərədə 2022-ci ilin aprelindən 2023-cü ilin martına qədər uşaqlara qarşı zorakılıq halları ilə bağlı bildirilən 337 hadisədə iştirak etdiyini müəyyən edib.

Qeyd olunur ki, ötən il "Apple" şirkətin platformasında müəyyən edilmiş uşaqlara qarşı zorakılıq halları ilə bağlı yalnız 267 hesabatı İtkin düşən və İstismar Edilən Uşaqların Milli Mərkəzinə (NCMEC) göndərib. Eyni zamanda, Google 1,47 milyondan çox belə pozuntu barədə məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31