Nigeriyada silahlı hücum: 18 nəfər öldü

Nigeriyanın Benue ştatında naməlum şəxslər silahlı hücum ediblər.

Olaylar bildirir ki, bu barədə xarici KİV xəbər verib.

Məlumata görə, hücum nəticəsində 18 nəfər həlak olub. Ştat rəhbərliyi hücumdan sonra bölgəyə əlavə təhlükəsizlik qüvvələri göndərib.

Qeyd edək ki, son vaxtlarda Nigeriyanın müxtəlif bölgələrində tez-tez silahlı hücumlar olur. Sonuncu dəfə iyulun 16-da Aqatu bölgəsində hücum nəticəsində 12 nəfər həlak olub. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31