Borrell: Ukraynanın enerji potensialının 70%-i məhv edilib- ÖZƏL
22 İyul 2024 12:20 DünyaAİ-nin xarici siyasət xidmətinin rəhbəri Xosep Borrel Ukraynanın enerji sisteminin vəziyyətinə diqqət çəkərək, ölkənin enerji potensialının 70%-nin sıradan çıxdığını qeyd edib.
Olaylar.az xəbər verir ki, diplomat bunu bazar ertəsi, iyulun 22-də Aİ xarici işlər nazirlərinin görüşünə gələrkən deyib.
"Ukraynada enerji sisteminin tamamilə məhv edilməsinin qarşısını almağa çalışmalıyıq. Enerji tutumunun 70%-i məhv edilib, indi yaydır, lakin qışda hər şey daha da çətinləşəcək",-deyə o, bildirib.
Borrell Avropa nazirlərini Ukraynaya "enerji istehsal gücünün bərpası və ya dəyişdirilməsi" üçün daha çox dəstək verməyə çağırmaq niyyətində olduğunu açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31