Yəmənə qarşı təcavüz İsrailin regionda hegemonluğunu genişləndirmək məqsədi daşıyır — ÖZƏL
22 İyul 2024 11:44 DünyaOlaylar.az TASS-a istinadən xəbər verir ki, Əlcəzair İsrailin Yəmənin Qırmızı dəniz sahilində yerləşən Hudeyda limanına endirdiyi zərbələri pisləyib.
"Biz sionist varlığın qardaş Yəmənə qarşı açıq təcavüzünü qətiyyətlə pisləyirik. Yəmənə qarşı təcavüz sionist varlığın regionda hegemonluğunu genişləndirmək üçün qəbul etdiyi sistematik eskalasiya strategiyasının bir hissəsidir", - kommünikedə vurğulanıb.
"Dünyada sionist varlığa qarşı artan qınaqlara baxmayaraq, o, beynəlxalq ictimaiyyətə meydan oxumaqda davam edir", - XİN daha sonra bildirib.
"Biz beynəlxalq ictimaiyyəti bütün öhdəliklərini yerinə yetirməyə və cinayətkar sionist işğalçının məsuliyyətdən və cəzadan yayınmasına imkan verməməyə çağırırıq", - deyə yekunda qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31