Ağ Ev Baydenin seçki yarışından geri çəkilməsinə necə reaksiya verdi?- ÖZƏL

"Co Bayden administrasiyasının rəsmiləri ABŞ prezidentinin Ağ Ev uğrunda yarışda iştirakdan imtina etməsi barədə açıqlamasına son dərəcə emosional reaksiya veriblər. Üstəlik, bəziləri xəbərdən şoka düşdü, bəziləri "rahat nəfəs aldı", bəziləri hətta ağladı".

Olaylar.az xəbər verir ki, bu barədə "Daily Beast" portalı yazıb.

Bayden tarixi qərarını 21 iyul bazar günü yerli vaxtla saat 13:46-da açıqlayıb. Ancaq bu video mesajda deyil, İlon Maskın sosial şəbəkəsində dərc olunan məktubda açıqlanıb. 

Səhər ABŞ prezidenti yaxın çevrəsindən üç nəfərə zəng edərək onları qarşıdakı hadisələrlə bağlı məlumatlandırıb. Bunlar vitse-prezident Kamala Harris, Ağ Evin aparat rəhbəri Ceff Zients və kampaniya meneceri Cen O Malley Dillon olub. Bayden hər kəsə işlərinə görə təşəkkür edib.

Daha sonra Jeff Zients sosial mediada gördükləri məktubun saxta olmadığını təsdiqləmək üçün biri Ağ Evin digər rəsmiləri ilə, digəri isə Baydenin ofisi olmaqla daha iki telefon danışığı edib. Bəzi işçilər göz yaşlarına boğulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31