Aİ-nin Brüsseldəki toplantısı Orbanın missiyası ilə bağlı daxili fikir ayrılıqlarının kölgəsində qalacaq- ÖZƏL
22 İyul 2024 11:25 DünyaAvropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirlərinin Yaxın Şərq və Ukraynadakı vəziyyətlə bağlı məsləhətləşmələr üçün Brüsseldə keçiriləcək görüşü daxili fikir ayrılıqlarının kölgəsində qalacaq.
Olaylar.az xəbər verir ki, bu barədə "Zeit" yazır.
Nəşrin məlumatına görə, fikir ayrılıqları Macarıstanın baş naziri Viktor Orbanla Rusiya prezidenti Vladimir Putin, Çin prezidenti Si Tsinpin və Amerikanın keçmiş lideri Donald Tramp arasında keçirilən görüşə görə yaranıb.
Qeyd olunur ki, bəzi Aİ ölkələri Budapeştdə bu yayın sonuna planlaşdırılan qeyri-rəsmi görüşü ləğv etmək və ya heç olmasa təxirə salmaq istəyir. Lakin Almaniya kimi ölkələr Orbanın Moskva, Pekin və Vaşinqtona səfərlərini niyə yanlış hesab etdiklərini yerindəcə müzakirə etməyi planlaşdırır.
Bundan əvvəl Orban Ukrayna münaqişəsində sülhməramlı missiyanı davam etdirmək niyyətində olduğunu bəyan edib. Lakin Macarıstanın baş nazirinin dediyi kimi, opponentlərin çoxluğu səbəbindən missiyanın mərhələlərini əvvəlcədən açıqlamaq mümkün deyil. O, "sülh tərəfdarlarını hadisə yerindən uzaqlaşdırmağa çalışan" qüvvələrə də işarə edib.