"Tornado 2" fəlakət filmləri üçün rekord başlanğıc göstərib- ÖZƏL
22 İyul 2024 11:11 Dünya"Tornado 2" filmi ilk həftəsonunda ABŞ-də 80,5 milyon dollar qazanıb.
Olaylar.az Discussing Film portalına istinadən xəbər verir ki, bu, fəlakət filmləri üçün rekord başlanğıcdır.
Film iyulun 19-da böyük ekrana çıxdı. Portalın məlumatına görə, "Tornado 2" eyni dövr üçün kassa gəlirlərinə görə "Oppenheimer"i ötmək üçün 2 milyon dollar əskik olub. Filmin rejissorunun Li İsaak Çun olduğu məlumdur. Layihədə Qlen Pauell, Devid Korensvet və digər aktyorlar iştirak ediblər.
"Tornado 2" filminin süjetinə əsasən, fırtına ovçularından ibarət qrup təbiət hadisəsini məhv etməyə çalışmağı planlaşdırır. Bununla belə, tornadoların miqyası qəhrəmanların gözləntilərini üstələyir. İndi onlar həyatları üçün mübarizə aparmalıdırlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31