Ukraynalı deputat Zelenskinin partiyasından istefa verdi
20 İyul 2024 14:46 DünyaUkrayna parlamentinin hakim Xalqın Xidmətçisi Partiyasından olan deputatı Maryana Bezuqlaya fraksiyadan ayrılıb.
Olaylar xəbər verir ki, qərarında qəti olduğunu bildirən Bezuqlaya ayrılmasına səbəb kimi Milli Təhlükəsizlik və Müdafiə Komitəsindəki həmkarlarının prioritetlərini anlamadığını göstərib.
O, həmçinin keçmiş yoldaşlarını təxribat işlərində müxalifətlə gizli əlaqədə ittiham edib.
Qeyd edək ki, 2017-ci ildə qurulan Xalqın Xidmətçisi Partiyasının lideri Ukrayna Prezidenti Vladimir Zelenskidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31