“X”də ən çox izlənən dövlət lideri kimdir?

"X" sosial şəbəkəsində bütün dünya liderləri arasında ən çox abunəçiyə malik şəxs məlum olub.

Olaylar xəbər verir ki,  bu barədə İlon Mask "X" səhifəsində yazıb. 

Amerikalı sahibkar bildirib ki, bu, Hindistanın Baş naziri Narendra Modidir:

"Baş nazir Narendra Modini dünyanın ən populyar lideri olduğuna görə təbrik edirik!".

Qeyd edək ki, Modiyə 100 milyon nəfərdən çox izləyici abunə olub. (qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31