Çində körpünün uçması nəticəsində 11 nəfər öldü

Çinin şimal-qərbindəki Şensi əyalətində magistral körpünün uçması nəticəsində 11 nəfər ölüb.

Olaylar bildirir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Qeyd olunur ki, xilasedicilər çaya düşmüş beş avtomobil aşkar ediblər.

Xilasetmə işləri davam edir.

Körpünün uçmasına səbəb güclü yağış olub. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31