İsrail təcili bu əraziləri tərk etməlidir
19 İyul 2024 18:59 Dünyaİsrailin məskunlaşma siyasəti beynəlxalq hüququ pozur.
Olaylar.az axar.az-a istinadən bildirir ki, bunu Beynəlxalq Ədalət Məhkəməsinin sədri Nəvaf Salam Fələstin əraziləri ilə bağlı rəyində bildirib.
Onun sözlərinə görə, İsrailin məskunlaşma siyasəti və təbii sərvətlərin istismarı beynəlxalq hüquqa ziddir.
"İsrail işğal olunmuş Fələstin ərazilərində mövcudluğuna ən qısa zamanda son qoymalı, məskunlaşma siyasətini dayandırmalıdır", - deyə bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31