Peskov: “Bu, praktiki olaraq mövcud deyil"- ÖZƏL

Bu günə qədər Moskva ilə ABŞ prezidenti Co Bayden administrasiyası arasında dialoq demək olar ki, tamamilə yoxdur. Yalnız situasiya əlaqəsi həyata keçirilir. 

Olaylar.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü açıq şəkildə bildirib ki, Rusiya ilə ABŞ arasında diplomatik münasibətlər açıq şəkildə çətin dövrlərdən keçir. Məsələn, tərəflər praktiki olaraq bir-biri ilə əlaqə saxlamırlar.

Peskov Kremlin Bayden administrasiyası ilə dialoqu ilə bağlı suala cavab olaraq, "Bu, praktiki olaraq mövcud deyil",-deyə bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31