Müxalifət seçkinin nəticələrini rədd etməyə hazırlaşır - ÖZƏL
19 İyul 2024 12:08 DünyaGürcüstan müxalifəti oktyabrın 26-na təyin edilmiş parlament seçkilərini qeyri-legitim elan etməyə hazırlaşır.
Olaylar.az xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
"Biz artıq görürük ki, onlar ənənəvi olaraq bu seçkiləri hansısa yolla qeyri-legitim elan etməyə hazırlaşırlar. Amma indi də əvvəlki kimi, həqiqətlə üzləşməli olacaqlar" - o, deyib.
Onun sözlərinə görə, müxalifət əvvəllər də seçkilərin nəticəsini rədd edib, lakin heç nəyə nail olmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31