Rusiya ABŞ Xəzinədarlıqlarına investisiyalarını 45 milyon dollara endirib - ÖZƏL
19 İyul 2024 12:08 DünyaOlaylar.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin sənədlərinə əsasən, Rusiya 2024-cü ilin mayında ABŞ Xəzinədarlıq Qiymətli Kağızlarına investisiyalarını 45 milyon dollara endirib.
Rusiya investisiyalarının 42 milyon dollarını uzunmüddətli xəzinədarlıqlar, 3 milyon dollarını isə qısamüddətli xəzinədarlıqlar təşkil edib.
2024-cü ilin aprel ayında Rusiyanın əlində olan ABŞ xəzinədarlıqları 46 milyon dollar təşkil edib, 45 milyon dollarlıq uzunmüddətli qiymətli kağızlar, 1 milyon dolları isə qısamüddətli qiymətli kağızların payına düşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31