Stoltenberq: Ukraynada münaqişə 10 il uzana bilər- ÖZƏL

Avropa və NATO Ukraynadakı münaqişənin on il uzanmasına hazır olmalıdır. Bununla belə, Qərb müttəfiqləri uzunmüddətli qarşıdurmaya hazır olduqlarını nə qədər inandırıcı şəkildə nümayiş etdirsələr, bir o qədər tez başa çata bilər. 

Olaylar.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

"Ancaq burada əsas odur ki, biz, Ukraynanı nə qədər güclü dəstəkləsək və onu dəstəkləməyə nə qədər uzun müddət hazır olsaq, münaqişə bir o qədər tez bitə bilər",- deyə o, vurğulayıb.

Baş katib əmin olduğunu bildirib ki, Rusiya prezidenti Vladimir Putin indi Kiyevin müttəfiqlərini üstələyə biləcəyinə inanır. Lakin Avropa Zelenski rejiminə uzun müddət kömək etmək niyyətində olduğunu açıq şəkildə bildirsə, bu, Ukraynanın suveren müstəqil dövlət kimi üstünlük təşkil edəcəyi münaqişənin həlli üçün ilkin şərtlər yaradacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31