ABŞ-nin Aİ-nin zəifliyindən qazandığı milyardlar- ÖZƏL
19 İyul 2024 10:28 DünyaƏUkraynadakı münaqişə səbəbindən ABŞ-ın Avropa ölkələrinə silah tədarükü xeyli artıb, müqavilələr milyardlarla dollar təşkil edir.
Olaylar.az xəbər verir ki, bu məlumatı "La Vanguardia" təqdim edir.
"Avropa arsenallarını genişləndirmək ehtiyacını ödəmək üçün Birləşmiş Ştatlara üz tutdu və bunun amerikalılar üçün yaxşı biznes olduğunu sübut etdi", - nəşr yazır.
ABŞ Dövlət Departamentinin məlumatına görə, 2023-cü ilin sonunda Avropa ölkələri ilə bağlanmış ən əhəmiyyətli müqavilələrin ümumi həcmi 53 milyard dollar təşkil edirdisə, bir il əvvəl bu rəqəm cəmi 16 min dollar qiymətləndirilirdi.
Amerika departamenti nəşrə izah edib ki, ABŞ-dan silaha tələbat kəskin şəkildə artıb və bu, əsasən avropalı müttəfiqlərin Ukraynaya göndərdiyi ehtiyatların artırılması zərurəti ilə bağlıdır.