Təl-Əvivdə partlayış - ölən və yaralananlar var

Təl-Əvivdə baş verən partlayış nəticəsində azı bir nəfər ölüb, 7 nəfər yaralanıb.

Olaylar bildirir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb.

Qeyd olunur ki, iki zərərçəkən qəlpə yaraları ilə xəstəxanaya çatdırılıb.

İsrail Ordusunun yaydığı məlumata görə, partlayışa səbəb "hava hədəfinin" yerə düşməsi olub.

İsrail Hərbi Hava Qüvvələrinin ölkənin hava məkanını qorumaq üçün patrul xidmətini gücləndirdiyi bildirilir. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31