Rusiya ilə savaşa girsək... - Tiflisdən AB-yə xəbərdarlıq
19 İyul 2024 10:11 DünyaGürcüstan Rusiya ilə hərbi qarşıdurmaya girsə, Avropa Birliyi (AB) zərər çəkəcək.
Olaylar xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.
"Biz sülhü sadəcə özümüz üçün deyil, həm də Avropa üçün qoruduq. Əgər indiki müxalifət hakimiyyətdə olsaydı, burada müharibə baş verərdi. Əlbəttə ki, ölkəmiz də dağılardı. Həmçinin Avropa Birliyi də zərər görərdi. Çünki yüklərin daşınması üçün AB-ni Asiya ilə birləşdirən yeganə və ən sürətli yol bağlanacaqdı", - deyə o bildirib. (axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31