Gürcüstanda yeni Baş prokuror seçilib
18 İyul 2024 14:48 DünyaGürcüstan parlamenti Giorgi Qabitaşvilini Baş prokuror vəzifəsinə seçib.
Olaylar xəbər verir ki, bu prosesin lehinə 80 deputat yekdilliklə səs verib.
Qərara əsasən, Giorgi Qabitaşvili altı il bu vəzifədə olacaq.
Qeyd edək ki, Baş prokuror vəzifəsi İrakli Şotadzenin may ayında səhhəti ilə əlaqədar istefa verməsindən sonra boş qalmışdı.
G.Qabitaşvili isə 2013-cü ildən baş prokurorun müavini vəzifəsini tutub. O, 2007-ci ildən isə Baş Prokurorluqda çalışır. (report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31