Ermənipərəst senator Menendez layiq olduğunu aldı
18 İyul 2024 12:08 DünyaÇərşənbə axşamı ABŞ münsiflər heyəti demokrat senator Robert Menendesi korrupsiya işində bütün ittihamlar üzrə təqsirli bilib.
Olaylar.az xəbər verir ki, bu haqda CNN məlumat yayıb.
Telekanalın məlumatına görə, 70 yaşlı Menendez rüşvətxorluq, qəsb, dələduzluq, ədalət mühakiməsinə mane olmaq və xarici agent kimi fəaliyyət göstərmək kimi 16 maddə üzrə təqsirli bilinib.
Kamran Rüstəm bloqunda xatırladır ki, 2023-cü ilin sentyabr ayının sonlarında prokurorlar Menendez və onun həyat yoldaşı, etnik erməni Nadin Arslanyanı "üç Nyu Cersili iş adamı ilə korrupsioner əlaqələri ilə əlaqədar" rüşvətxorluqda ittiham ediblər.
"Foxnews" xəbər verir ki, bu dəfə Menendes xarici agent kimi Misir hökumətindən yüz minlərlə dollar rüşvət almaqda ittiham olunur.
İttihamnamədə qeyd olunub ki, Menendes digər məsələrlə yanaşı, Misir hökumətinə məxfi məlumatlar verib və digər qanunsuz addımlar atıb.
Kamran Rüstəm Menendesin dəfələrlə Ermənistan hökumətinin və ABŞ-dakı erməni diasporunun müraciəti əsasında Konqresdə Azərbaycan hökumətinə qarşı sanksiyaların tətbiqi tələbi ilə anti-Azərbaycan dinləmələrinin keçirilməsi təşəbbüsü ilə çıxış etdiyini yazır. Rəsmi Bakı senatoru erməni diasporu ilə gizli sövdələşmədə və pul mükafatları üçün siyasi sifarişi yerinə yetirməkdə ittiham edib.