İran hədələdi: İsrail bu ölkəyə hücum edərsə...
18 İyul 2024 11:09 Dünyaİsrailin Livana təcavüzü beynəlxalq ictimaiyyət və region ölkələrinin cavabı ilə üzləşəcək və ABŞ da bu addımın məsuliyyətini bölüşəcək.
Olaylar bildirir ki, bunu İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Bagiri Kani BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.
"Şübhəsiz ki, BMT-nin müstəqil üzvü olan Livana qarşı hər hansı təcavüz beynəlxalq ictimaiyyət, region ölkələri və müqavimət qrupları tərəfindən qətiyyətlə qarşılanacaq", - deyə diplomat bildirib. (axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31