Rusiya Müdafiə Nazirliyi Ukrayna ilə əsirlərin mübadiləsini elan edib- ÖZƏL

Rusiya və Ukrayna növbəti dəfə hərbi əsir mübadiləsi həyata keçirib. Danışıqlar prosesi nəticəsində Rusiya ordusunun 95 əsgəri Kiyev rejiminin nəzarətində olan ərazidən geri qaytarılıb. 

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi özünün Telegram kanalında məlumat yayıb.

Hərbi idarənin vurğuladığı kimi, əsirlərin mübadiləsi "95-dən 95-ə" düsturuna əsasən aparılıb. Yəni bunun müqabilində Rusiya Ukrayna Silahlı Qüvvələrinə eyni sayda döyüşçü verib. Prosesdə vasitəçi qismində Birləşmiş Ərəb Əmirlikləri çıxış edib.

"Azad edilən hərbi qulluqçular Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat təyyarələri ilə Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiya üçün Moskvaya aparılacaq", - deyə məlumatda bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31