Peskov Trampın dövründə Rusiya və ABŞ arasında dialoqu xatırladıb- ÖZƏL
17 İyul 2024 15:10 Dünya"Donald Trampın ABŞ prezidentliyi dövründə Moskva və Vaşinqton siyasi dialoqu davam etdiriblər, lakin bu dövrdə bir çox anti-Rusiya sanksiyaları da tətbiq edilib".
Olaylar.az "Komsomolskaya Pravda"ya istinadən xəbər verir ki, bu açıqlama ilə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Ağ Evin keçmiş rəhbəri ilə bu yaxınlarda verdiyi müsahibəni şərh edərkən qeyd edib.
"Trampın dövründə Rusiya üçün xüsusilə yaxşı heç nə edilmədi - əksinə, getdikcə daha çox məhdudiyyətlər tətbiq edildi. Buna baxmayaraq, dialoq olub. Bu, yəqin ki, müsbət element kimi təsnif edilə bilər", - Kreml nümayəndəsi bildirib.
Peskov həmçinin qeyd edib ki, Moskva mövzusu, o cümlədən Rusiya prezidenti Vladimir Putin son illərdə ABŞ-da seçki kampaniyalarının tərkib hissəsinə çevrilib.
Xatırladaq ki, Donald Tramp bu yaxınlarda verdiyi müsahibədə sanksiyaları sevmədiyini bildirmişdi. Onun sözlərinə görə, ABŞ-ın indiki formada sanksiya siyasəti Vaşinqtonun dünyadakı mövqeyini pisləşdirir.