ABŞ səfiri Türkiyəni tərk edəcək

ABŞ-ın Ankaradakı səfiri Cef Fleykin Türkiyədəki 3 illik səlahiyyət müddəti sentyabrın 1-də başa çatacaq.

Olaylar xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki səfirliyindən məlumat verilib.

Səfirliyin sözçüsünün sözlərinə görə, Fleyk bu vəzifədə işləməkdən şərəf duyduğunu bildirib. Həmçinin o, tarixi bir dövrdə ABŞ-Türkiyə strateji tərəfdaşlığını gücləndirdiyi üçün özünü şanslı hiss etdiyini qeyd edib.

Səfir öz "X" sosial media hesabında "Xidmət etmək bir şərəf idi" yazısını paylaşıb. (publika.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31