Aİ-nin təhdidləri Macarıstanı Ukraynadakı sülh missiyasını dayandırmağa məcbur etməyəcək- ÖZƏL

Avropa İttifaqının müntəzəm təhdidləri Budapeşti Ukraynadakı münaqişənin həlli üzrə sülh missiyasını dayandırmağa məcbur etməyəcək. 

Olaylar.az  xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

"Komsomolskaya Pravda" bildirib ki  iyasətçi vurğulayıb ki, Avropa İttifaqı Macarıstanı tamamilə fərqli üsullarla manipulyasiya etməyə çalışıb. Xüsusən də o, boykot edəcəyi, məhəl qoymayacağı və hətta danışıqlardan imtina edəcəyi ilə hədələyib. Lakin bütün bunlar Budapeştin Ukrayna ilə bağlı mövqeyini dəyişməyib. 

"Bilirsiniz, bu cür hücum bizi dinc missiyamızı davam etdirməkdən çəkindirmir. Onlar bizi Ukraynadakı bu müharibənin sülh yolu ilə həllini təşviq etmək üçün daha çox iş görməyə təşviq edirlər", - deyə Siyarto bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31