Çin Tayvanla bağlı ABŞ ilə silahlara nəzarət üzrə məsləhətləşmələri dayandırıb- ÖZƏL
17 İyul 2024 13:20 DünyaÇin Vaşinqtonun Tayvana silah satışı ilə bağlı ABŞ-la silahlara nəzarət və nüvə silahlarının yayılmaması ilə bağlı məsləhətləşmələri dayandırıb.
Olaylar.az xəbər verir ki, bunu brifinqdə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian deyib.
"ABŞ tərəfi Çinin kəskin etirazlarına və dəfələrlə etdiyi nümayəndəliklərə məhəl qoymadan Tayvana silah satmağa davam edərək, Çinin əsas maraqlarını ciddi şəkildə pozan və ikitərəfli siyasi qarşılıqlı etimadı məhv edən bir sıra addımlar atıb",-deyə o, bildirib.
Diplomat vurğulayıb ki, bu, ABŞ-la silahlara nəzarət və yayılmamaq üzrə məsləhətləşmələrin yeni raundunun dayandırılmasına səbəb olub.
"Mövcud vəziyyətə görə məsuliyyət Amerika tərəfinin üzərinə düşür", - Lin Jian yekunlaşdırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31