Yaponiya Ukraynaya 3,3 milyard dollar ayıracaq - ÖZƏL
17 İyul 2024 12:31 DünyaOlaylar.az xəbər verir ki, Yaponiya hökuməti Kiyev hökumətinə Rusiyanın immobilizasiya olunmuş aktivlərindən əldə edilən gəlirlərdən istifadə etməklə, hazırkı məzənnə ilə 3,3 milyard dollara bərabər təxminən 520 milyard yen ayırmağı planlaşdırır.
Hazırda Yaponiya hökuməti transferi mümkün edəcək mexanizm üzərində işləyir. İlin sonunadək başa çatdırılması nəzərdə tutulur.
Qeyd olunan məbləğ Yeddilik Qrupunun (G7) Kiyev hökumətinə əvvəllər vəd etdiyi yardımın ümumi həcminin 6%-ni təşkil edəcək.
TASS xəbər verir ki, Kyodo bildirib ki, vəsait hərbi məqsədlər üçün istifadə edilməyəcək, əksinə, ölkənin infrastrukturunun təmirinə yönəldiləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31