Qərbin təhlükəsizlik zəmanəti Kiyevi NATO-dan uzaq tutmağa hesablanıb – ÖZƏL
17 İyul 2024 12:20 DünyaQərb ölkələri Kiyevi NATO-ya qəbul etməmək üçün Ukraynaya sözdə təhlükəsizlik zəmanəti ideyası irəli sürüblər.
Olaylar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişçuk bildirib.
TASS bildirir ki, "Belə bir fikir var ki, təhlükəsizlik zəmanətləri ilə bağlı qondarma müqavilələr Ukraynanın NATO-ya üzvlüyünə alternativdir. Bunlar Kiyevi alyansa qəbul etməmək, məyus Kiyev hökumətini sakitləşdirmək və onu silahlı fəaliyyətini davam etdirməyə sövq etmək üçün Qərb ölkələri tərəfindən icad edilib" - o, deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31