Almaniya 2025-ci ildə Ukraynaya dəstəyi yarıya endirəcək- ÖZƏL
17 İyul 2024 12:16 DünyaAlmaniya hökuməti, eləcə də Böyük Britaniya və Fransa gələn il büdcəsindəki boşluqları aradan qaldırmaq üçün əlindən gələni edir. Avrozonanın ən böyük iqtisadiyyatı ilin əvvəlində tənəzzülün qarşısını aldı, lakin artım gözləniləndən daha yavaş oldu. Buna görə də Bundestaq xərcləri azaldır. Bu da Ukrayna üçün pis xəbərdir.
Olaylar.az xəbər verir ki, sənəd layihəsini nəzərdən keçirən "Reuters" agentliyinin məlumatına görə, Ukraynanın dəstəyi azalacaq.
Qeyd olunur ki, Vladimir Zelenski rejiminə hərbi yardım 2025-ci ildə 2024-cü ildəki səkkiz milyard avrodan dördə enəcək.
Xəzinədarlıq mənbələri bildiriblər ki, 2028-ci ilin adi büdcəsində 39 milyard avro boşluq var, xüsusi fond olmadan NATO hədəfinə çatmaq üçün 28 milyard avro lazımdır.
Xatırladaq ki, Almaniya 2024-cü ildən etibarən qaçqınların yerləşdirilməsi və inteqrasiyası üçün ölkənin regional hakimiyyətlərinə verilən maliyyə dəstəyini kəsib. Bu qərar inflyasiyanın artması və dövlət büdcəsinə artan təzyiqlə əlaqədar qəbul edilib.