Moskva paylaşdı: Budur Kiyevə atılan nəhəng bombalar!- ÖZƏL
17 İyul 2024 11:18 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Ukraynada istifadə etdiyi bombalara yeni bomba əlavə etdiyini açıqlayıb. Fərq qoymadan hər yeri bombaladığı üçün BMT tərəfindən tənqid edilən Rusiya 3 ton ağırlığındakı yeni bombadan istifadə edib.
Rusiya Müdafiə Nazirliyi istifadəyə yeni başladığı 3000 kiloluq nəhəng bombaları paylaşıb. Bombaların çəkisi İsrailin Qəzzada istifadə etdiyi və nəhəng kraterlər yaradan bombalardan min kiloqram artıqdır.
Rusiya Müdafiə Nazirliyi paylaşdığı şəkildəki bombanın adını FAB 3000 adlandırıb. İlk dəfə iyulun 14-də istifadə olunduğunu açıqlayıb və Ukraynada bombadan istifadə edildiyi anları paylaşıb.
İsrailin Qəzzada istifadə etdiyi 2000 kiloluq Amerika istehsalı bombalar mülki şəxs, əsgər fərqinə baxmadan geniş ərazilərdə istifadə olunur.
Onlar öz çəkilərinə görə nəhəng kraterlər yaradaraq şəhərlərin quruluşuna və təbiətə təhlükə yaradırlar. Rusiyanın bombaları tənqid edilən İsrailin 2000 kiloqramlıq bombalarından 1000 kilo ağırdır və daha geniş ərazilərə təsir edir.