ABŞ-da edamdan 20 dəqiqə əvvəl qətldə təqsirləndirilən şəxsin edam cəzası ləğv edilib- ÖZƏL
17 İyul 2024 10:52 DünyaABŞ-da edamdan 20 dəqiqə əvvəl edam dayandırılıb.
Olaylar.az xəbər verir ki, cinayətkar 85 yaşlı qadını pensiya əmanətinə görə vəhşicəsinə qətlə yetirib.
Qətl 1998-ci ildə baş verib, o vaxtdan bəri 47 yaşlı məhbus iynə vurulması ilə ölümünü gözləyir. O, uzun müddətdir ki, yaşlı qadının ölümündə günahkar olmadığını iddia edərək, DNT testi istəyir.
Ali Məhkəmə edamın icrasına 20 dəqiqə qalmış təxirə salıb. Məhkəmənin qısa qərarında deyilir ki, icranın dayandırılması hakimlər onun şikayətinə baxılıb-baxılmaması barədə qərar qəbul edənə qədər qüvvədə qalacaq. Məhkəmə vəsatəti rədd edərsə, hökmün icrasının dayandırılması avtomatik olaraq ləğv edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31