Co Bayden bu şərtlə prezidentliyə namizədlikdən geri çəkilə bilər
17 İyul 2024 10:15 DünyaABŞ prezidenti Cozef Bayden növbəti müddət üçün prezidentliyə namizədliyini geri götürmək üçün şərtini açıqlayıb.
Olaylar xəbər verir ki, Bayden bu barədə "BET" telekanalına müsahibəsində deyib.
O bildirib ki, həkimlər sağlamlığında problem aşkarlayarsa bunu edəcək.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. ABŞ Demokratlar Partiyasının Milli Komitəsi prezident Co Baydenin rəsmi olaraq dövlət başçısı vəzifəsinə namizədliyini irəli sürməyi nəzərdən keçirir.
Prezident seçkilərində Baydenin əsas rəqibi, ABŞ-nin keçmiş prezidenti Donald Trampın namizədliyi iyulun 15-də Respublikaçılar Partiyasının milli qurultayında rəsmi elan olunub. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31