İsraildə ultra-pravoslavlar zorla səfərbər olunacaqlar- ÖZƏL
16 İyul 2024 21:10 DünyaOlaylar.az xəbər verir ki, bu həftə İsrail ordusu minlərlə ultra-pravoslav yəhudiyə çağırış vərəqəsi göndərəcək.
İyun ayında İsrailin Ali Məhkəməsi yəhudi dini məktəblərində oxuyan tələbələrin artıq hərbi xidmətdən azad edilə bilməyəcəyinə dair qərar çıxarmışdı. Qərar müqəddəs mətnlərin öyrənilməsinin yəhudi dövlətinin müqəddəsliyinə töhfə verdiyinə inanan ultra-pravoslav yəhudilərin narazılığına səbəb olub.
Bu hadisələr fonunda çərşənbə axşamı Tel-Əvivdə hərbi xidmətə çağırış əleyhinə kütləvi nümayiş gözlənilir. Ultra-pravoslav yəhudilər, həyatlarını Qanun və Tövratın öyrənilməsinə həsr etdikləri üçün hərbi xidmətin onlar üçün məcburi olmadığına inanırlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31