KXDR Xarici İşlər Nazirliyi Vaşinqtonda keçirilən NATO sammitinin yekun bəyannaməsini pisləyib- ÖZƏL

KXDR Xarici İşlər Nazirliyi Şimali Atlantika Alyansının Vaşinqtonda keçirilən sammitinin yekun bəyannaməsini pisləyir və bu sənədi qarşıdurma proqramı hesab edir. 

Olaylar.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin bəyanatı Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) tərəfindən dərc edilib.

"Bu, müstəqil və suveren dövlətlərin qanuni hüquqlarını pozan qeyri-qanuni sənəd və qlobal miqyasda yeni soyuq müharibə və hərbi qarşıdurmanı stimullaşdıran qarşıdurma proqramıdır", - deyə nazirliyin şərhində deyilir.

Bəyanatda qeyd olunur ki, Vaşinqtonun Şimali Atlantika Alyansını genişləndirmək istəyi beynəlxalq təhlükəsizlik vəziyyətini gərginləşdirir, silahlanma yarışına təhrik edir. Nazirlik ABŞ-ı "NATO-nun şərqə doğru çılğın şəkildə genişlənməsi" ilə Avropada təhlükəsizliyin pozulmasının əslində kimin əsas günahkar olduğunu öyrənməyə çağırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31