Stoltenberq: NATO Yaponiya ilə birgə təlimləri artırmağa çalışır
13 İyul 2024 10:36 DünyaNATO Asiya və Avropada təhlükəsizliyə dair narahatlıqlar fonunda Yaponiya ilə birgə təlimləri artırmağa çalışır.
Olaylar xəbər verir ki, bu barədə Alyansın baş katibi Yens Stoltenberq "Kyodo" agentliyinə müsahibəsində bildirib.
"Yaponiya ilə əməkdaşlığın əhəmiyyəti daha da artıb. Biz kiçik təlimlər keçiririk, lakin biz onları genişləndirmək istərdik", - Stoltenberq vurğulayıb. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31