Türkiyədə yenə zəlzələ oldu

Türkiyədə 4,3 maqnitudalı zəlzələ olub.

Olaylar xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb

Bildirilib ki, zəlzələ yerli vaxtla 23:19-da Tuşba vilayətində qeydə alınıb. Yeraltı təkanların ocağı 7 km dərinlikdə yerləşib. 

Qeyd edək ki, Türkiyədə sonuncu dəfə iyulun 11-i Afyonkarahisar şəhərinin mərkəzində 4,4 maqnitudalı zəlzələ qeydə alınıb. (qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31