Çin Tayvana silah satışına görə altı ABŞ şirkətinə sanksiya tətbiq edib- ÖZƏL

Pekin Tayvana silah satışına görə ABŞ-ın altı hərbi sənaye şirkətinə sanksiya tətbiq edib.

Olaylar.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. 

Telekanalın sitat gətirdiyi Çin Xarici İşlər Nazirliyinin bəyanatına görə, Birləşmiş Ştatlar bu yaxınlarda "Çinin Tayvan bölgəsinə silah satışını təzələdi" və bu, "bir Çin" prinsipini və üç ortaq Çin-Amerika müqaviləsini ciddi şəkildə pozur.

ABŞ-ın bu cür hərəkətlərinin ÇXR-in daxili işlərinə ciddi müdaxilə olduğu, ölkənin suverenliyinə və ərazi bütövlüyünə xələl gətirdiyi vurğulanıb. ÇXR qanunlarına uyğun olaraq, Çin bir sıra müvafiq şirkətlərə və yüksək rəhbərliyə qarşı əks tədbirlər görməyə qərar verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31