Meksikanın küçələrində timsahlar göründü- ÖZƏL
12 İyul 2024 15:05 DünyaMeksikanın şimal-şərqindəki şəhərlərin küçələrinə yüzlərlə timsah çıxıb.
Olaylar.az xəbər verir ki, güclü yağışlar nəticəsində çaylar və su anbarları daşıb.
İki həftə ərzində Meksika hakimiyyəti 206 timsah ələ keçirib. Tutulan bütün heyvanlar daha sonra insanlar üçün təhlükə yaratmayacaq təbii yaşayış yerlərinə buraxılıb.
Yerli sakinlərə xəbərdarlıq edilib ki, heyvanlar sərhəddə yerləşən Tamaulipas ştatında görünməyə davam edə bilər. Oxşar hallar rayonda tez-tez baş verir. Amma bu il tropik tufan və aramsız yağışlar təsirini daha da gücləndirib və timsahları şəhərlərdə yemək axtarmağa məcbur edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31