İsrail hökuməti məcburi hərbi xidmət müddətinin üç ilə qədər uzadılmasını təsdiqləyib- ÖZƏL
12 İyul 2024 14:35 Dünyaİsrail hökuməti məcburi hərbi xidmətin müddətinin uzadılması planını təsdiqləyib.
Olaylar.az xəbər verir ki, bu barədə cümə günü, iyulun 12-də İsrailin "Ynet" xəbər agentliyi məlumat yayıb.
Qeyd edildiyi kimi, kişilər üçün xidmət müddəti indiki 32 aydan 36 aya qədər uzadılıb və bu, növbəti səkkiz il ərzində qüvvədə olacaq.
İsrail ordusunun komandirləri Qəzza zolağında Fələstinin HƏMAS hərəkatı, eləcə də Livanda yerləşən şiə Hizbullah hərəkatı ilə mübarizə aparmaq üçün daha çox personala ehtiyac duyduqlarını bildiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31