Bayden Harrisi “Tramp” adlandırdı, Tramp ələ saldı
12 İyul 2024 14:05 DünyaABŞ Prezidenti Co Bayden beynəlxalq sammitdə Ukrayna Prezidenti Vladimir Zelenskini "Prezident Putin" adlandırmaqla yanaşı, Kamala Harrisi də "vitse-prezident Tramp" adlandırıb.
Olaylar xəbər verir ki, bu barədə "Teleqraf" nəşri məlumat yayıb.
ABŞ prezidenti "ehtiyac olduğu halda" Kamala Harrisin onun vəzifə öhdəliklərini yerinə yetirmək üçün uyğun olub-olmadığı haqda sualı belə cavablandırıb:
"Mən vitse-prezident Trampı heç vitse-prezidentliyə seçməzdim. Onun prezidentliyə layiq keyfiyyətlərə sahib olmadığını düşünürəm".
Tramp Baydenin növbəti yanlış davranışından yararlanaraq, dərhal sosial şəbəkədə "Əla işdir, Co!" paylaşımını edib. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31