NATO Ukraynanın hücuma keçmə şansını qiymətləndirdi- ÖZƏL
12 İyul 2024 13:35 Dünya"NATO hesab edir ki, Vaşinqtonda keçirilən sammitdə razılaşdırılan Ukraynaya dəstək Kiyevin bu il hücuma keçməsinə kömək etməyəcək".
Olaylar.az xəbər verir ki, "The New York Times" bu qənaətə gəlib.
NATO-nun bu həftə açıqladığı milyardlarla dollara baxmayaraq, alyans rəsmiləri Ukraynanın gələn ilə qədər hücuma hazır olmayacağını bildiriblər.
KİV-in məlumatına görə, söhbət silahların çatdırılma vaxtından gedir. Nəşr qeyd edir ki, çatdırılma aylar olmasa da, həftələr çəkəcək və vəd edilən silahların bəziləri hələ istehsal olunmayıb və ya ümumiyyətlə alınmayıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ Ukraynaya daha bir yardım paketi təqdim etdiyini açıqlamışdı. Bu dəfə Vaşinqton Kiyevə 225 milyon dollar dəyərində silah köçürəcək. Eyni zamanda, Ağ Ev Vaşinqtonun Kiyevə ayırdığı yardımın ümumi məbləğinin 54,4 milyard dollara çatdığını vurğulayıb.