“Sülh olmalıdır”- ÖZƏL
12 İyul 2024 11:50 Dünya"Ukraynada münaqişə ümumiyyətlə başlamamalı idi".
Olaylar.az xəbər verir ki, bu fikirləri ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.
"Sülh tez vaxtda olmalıdır. Heç vaxt başlamamalı olan münaqişədə həddən artıq çox insan öldü", - deyə o, sosial şəbəkə hesablarında yazıb.
Qeyd edək ki, bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban Donald Trampla NATO-nun Vaşinqton sammitindən sonra Mar-a-Laqoda görüşüb. Siyasətçilər Ukrayna münaqişəsinin həlli üçün "sülh missiyası"nı müzakirə ediblər. Orban daha sonra bildirib ki, Tramp seçkidə qalib gəlsə, Ukraynadakı münaqişənin həllinə nail olmaq niyyətindədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31