Orban: Tramp Ukrayna münaqişəsinin həllinə nail olmaq niyyətindədir- ÖZƏL

"ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçkilərdə qalib gəlsə, Ukrayna münaqişəsinin nizamlanmasına nail olmaq niyyətindədir".

Olaylar.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

Qeyd edək ki, Tramp Orbanı Floridadakı Mar-a-Laqo malikanəsində qonaq edib. Obran əvvəllər Ukrayna, Rusiya, Çin və Türkiyə liderləri ilə görüşdüyü üçün bu görüşü "sülhməramlı missiya 5.0" adlandırıb.

Siyasətçilər görüşdə Ukraynada sülhün bərqərar olması yollarını müzakirə ediblər. 

"Günün yaxşı xəbəri: o, bu problemi həll edəcək!", - deyə Orban öz "X" sosial şəbəkə hesabında yazıb.

Xatırladaq ki, Tramp prezident seçkilərində qalib gələcəyi təqdirdə Ukrayna münaqişəsinin tezliklə həllinə nail olmaq niyyətində olduğunu dəfələrlə bəyan edib. O, Ukraynanın məhv olacağını proqnozlaşdırırdı. Onun fikrincə, 2024-cü ildə Amerikada keçiriləcək prezident seçkilərinə qədər ölkədən "heç nə qalmayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31