Aİ ölkələri Macarıstanın sədrliyi ilə xarici işlər nazirlərinin görüşlərini sabotaj etmək qərarına gəliblər- ÖZƏL
12 İyul 2024 11:00 DünyaOlaylar.az xəbər verir ki, Aİ ölkələri siyasi xətti sabotaj etdiyinə görə Macarıstana qarşı tədbir görmək niyyətindədir
Avropa İttifaqı ölkələri Macarıstanın baş naziri Viktor Orbanın Rusiya və Çinə səfərlərindən narazılıqlarını bildiriblər. Bu, Budapeştin digər Aİ ölkələrinin etibarını itirməsinə səbəb olub.
İndi Aİ ölkələri Viktor Orban Ukraynadakı vəziyyəti müzakirə etməklə bağlı hazırkı siyasətini davam etdirərsə, Macarıstana münasibətdə "praktiki nəticələr" tətbiq etməyə hazırdır.
Hələlik söhbət Macarıstanın təşkil etdiyi Aİ nazirlərinin görüşlərinin mümkün boykotundan gedir. Lakin Viktor Orban daha da qırmızı xətləri keçərsə, Brüsselin daha sərt müqaviməti istisna oluna bilməz.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31