Rusiya Ermənistanla Belarus arasında münasibətlərin mürəkkəbləşməsinə münasibət bildirib- ÖZƏL
12 İyul 2024 10:48 Dünya"Rusiya Ermənistanla Belarus arasında münasibətlərin indiki mürəkkəb dövrünün tez başa çatmasında maraqlıdır".
Olaylar.az xəbər verir ki, Rusiya Federasiyasının mövqeyini xarici işlər nazirinin müavini Mixail Qaluzin səsləndirib.
"Aleksandr Lukaşenko Minskin sabit və təhlükəsiz Cənubi Qafqazda maraqlı olduğunu həmişə vurğulayır. Ən çətin anlarda belə Belarus liderinin təşəbbüsləri məhz döyüşən tərəfləri barışdırmağa yönəlib", - deyə diplomat bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31