DM: Ağ Evin işçiləri illərdir Baydenin vəziyyətini gizlədirdilər- ÖZƏL

"İllər boyu Ağ Ev Amerika prezidenti Co Baydenin səhhətinin həqiqi vəziyyətini vətəndaşlardan gizlətmək üçün xüsusi plana və hər cür hiylələrə əməl edirdi. Bu, son nəticədə yalnız Donald Trampla fəlakətli debatdan sonra cəmiyyətdəki mənfi təsiri artırdı".

Olaylar.az xəbər verir ki, bu barədə "Daily Mail" Ağ Evdəki mənbələrə istinadən yazır. 

"Onun yaxın çevrəsindəki köməkçiləri onun çatışmazlıqlarını ictimaiyyətdən gizlətdiklərinə görə, bir çox amerikalılar onun dramatik uğursuzluğunu milli televiziyada canlı yayımlayanda qəfildən şoka düşdülər",-deyə keçmiş Ağ Ev rəsmisi nəşrə deyib. 

Nəşrin həmsöhbəti etiraf etdi ki, xüsusi işə götürülən işçilər Amerika liderinin vəziyyətini gizlədir, onların vəzifəsi Baydenin aşkar uğursuzluqlarını gizlətmək və düzəltmək olur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31