"ABŞ rəsmisi niyə Ermənistanı bu münasibətilə təbrik edir?"

Ukraynaəsilli britaniyalı-kanadalı siyasi elmlər doktoru Taras Kuzio USAİD-in rəhbəri Samanta Paueri Ermənistanın iqtisadi inkişafı səbəblərini bilmədiyinə görə tənqid edib.

Olaylar.az report-a istinadən xəbər verir ki, USAİD-in rəhbəri Samanta Pauer "X" sosial şəbəkəsindəki hesabında Ermənistanı iqtisadi artımı münasibətilə təbrik edərək, 2018-ci ilin Məxməri İnqilabından sonra artımın 30% olduğunu qeyd edib.

T.Kuzio isə öz növbəsində "X" sosial şəbəkəsindəki hesabında USAİD-in rəhbərinə cavab verib və ona analitiklər qrupunu dəyişməyi məsləhət görüb.

T.Kuzio qeyd edib ki, Ermənistan iqtisadiyyatının inkişafı bu müddət ərzində ölkənin Qərb mallarının Rusiyaya təkrar ixracında liderə çevrilməsi ilə bağlıdır: "Buna görə sual yaranır ki, ABŞ rəsmisi niyə Ermənistanı Qərb sanksiyalarının pozulması münasibətilə təbrik edir?"

Məqaləyə dair fotomateriallar:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31