Putin etiraf edib ki…- ÖZƏL
11 İyul 2024 18:20 DünyaRusiya prezidenti Vladimir Putin gələcəkdə BRİKS assosiasiyasında parlament strukturu yarana biləcəyini deyib.
Olaylar.az xəbər verir ki, bu barədə "TASS" agentliyi məlumat yayıb.
Kreml rəhbəri vurğulayıb ki, hazırda BRİKS ölkələrinin liderləri arasında müzakirələr və açıq söhbətlər birləşmə fəlsəfəsinə uyğundur. Bütün dialoqlar bir-birinə hörmət, eləcə də hər iki tərəfin maraqlarının nəzərə alınması üzərində qurulur. Ancaq hələ də konkret parlament strukturu yoxdur.
"Bəli, BRİKS-in hələ özünün institusional parlament strukturu yoxdur, lakin mən inanıram ki, gələcəkdə bu ideya mütləq həyata keçiriləcək", -deyə Putin bildirib.
O, həmçinin əlavə edib ki, 2024-cü ildə BRİKS üzvlərinin sayı 10 nəfərə yüksələcək. Eyni zamanda, Rusiya Federasiyası onların birləşmə mexanizminə səmərəli inteqrasiyasına imkan yaratmaq üçün səylərini davam etdirir.