Zaxarova: Bu, Baydenin reputasiyasını xilas etmək cəhdi olacaq- ÖZƏL
11 İyul 2024 18:17 Dünya"Amerikanın orta və qısa mənzilli raketlərinin (INF) Almaniya Federativ Respublikası (AFR) ərazisində yerləşdirilməsi ABŞ prezidenti Co Baydenin nüfuzunu xilas etmək cəhdi olacaq. Bu, ictimaiyyətin diqqətini onun seçki yarışındakı uğursuzluqlarından yayındıracaq".
Olaylar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O qeyd edib ki, Vaşinqton hakimiyyəti ABŞ-nin hazırkı prezidentinin vəziyyəti ilə əlaqədar bir sıra fəlakətli debatlar və cəmiyyətdə iğtişaşları sakitləşdirdikdən sonra Baydenin reputasiyasını xilas edəcək bir sıra tədbirlər görür.
"Hər şey ictimaiyyətin diqqətini bütün Amerika Birləşmiş Ştatlarının üzləşdiyi problemdən yayındırmaq üçün edilir", - deyə diplomat deyib.
Daha əvvəl Mariya Zaxarova bildirmişdi ki, ABŞ-ın sülhlə bağlı son bəyanatları ölkə prezidenti Co Baydenin demensiyasını gizlətmək cəhdləri ilə bağlıdır.