Le Pen yenidən “Milli Birlik” fraksiyasının lideri oldu
10 İyul 2024 16:41 DünyaMarin Le Pen yenidən Milli Assambleyada (Fransa parlamentinin aşağı palatası) "Milli Birlik" parlament fraksiyasının lideri olub.
Olaylar xəbər verir ki, bu barədə RFI radiostansiyası məlumat yayıb.
"Bu gün Marin Le Pen Milli Assambleyada yenidən "Milli Birlik" qrupunun lideri seçilib", - radiostansiya parlamentdəki mənbələrə istinadən xəbər verir.
Marin Le Pen 2022-ci ilin iyunundan parlament fraksiyasına rəhbərlik edir. (report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31